MSK: Seçicilərin 74.51%-i səsvermədə iştirak edib

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən prezident seçkiləri ilə əlaqədar səsvermədə yekun – saat 19:00-a olan seçici fəallığı barədə məlumatları açıqlayıb.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan – saat 08:00-dan səsvermə başa çatanadək – saat 19:00-dək ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri (ümumi seçicilərin 74.51%-i) səsvermədə iştirak edib.

  DİGƏR XƏBƏRLƏR