Plastik əməliyyata 430 min xərclədi, indi burnunu itirə bilər

Plastik əməliyyatlar dünya insanının başını bəlaya salır. Gəlincik Kenə bənzəmək üçün plastik əməliyyatlara 430 min dollar pul xərcləyən Rodriqo Alves adlı braziliyalının sağlamlığı üçün ciddi təhlükə yaranıb.

Lenta.ru saytının xəbərinə görə, hazırda R.Alvesdə nekroz (dərinin ölməsi) xəstəliyinin əlamətləri özünü göstərir.

Bu isə kişinin plastik əməliyyat etdirdiyi burnunu itirməsi ilə nəticələnə bilər. 32 yaşlı britaniyalı 2004-cü ildən etibarən 42 plastik əməliyyat keçirib. Son əməliyyatını isə 2016-cı ilin fevralında keçirib ki, ondan bir müddət sonra da xəstəxanaya düşüb. Buna səbəb burnunda yaranan problem olub. Son olaraq onun çətin nəfəs aldığı ilə bağlı məlumatlar yayılırdı.Musavat.com

  DİGƏR XƏBƏRLƏR