PSJ “Monako”nu darmadağın edərək vaxtından əvvəl Fransa çempionu olub – VİDEO

Futbol üzrə Fransa çempionatının 33-cü turunda PSJ öz meydanında “Monako”nu 7:1 hesabı ilə darmadağın edib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, komandanın heyətində yarımmüdafiəçilər Covanni Lo Çelso və Anhel Di Mariya dubl edib.

Forvard Edinson Kavani və yarımmüdafiəçi Yulian Draksler hərəyə bir dəfə fərqləniblər. Daha bir qolu “Monako”nun hücumçusu Radamel Falkao öz komandasının qapısına vurub.

Bu uğur parislilərə 87 xal yığaraq vaxtından əvvəl ölkə çempionu olmaq imkanı verib. Unai Emerinin yetirmələri sona 5 tur qalmış yaxın izləyicisi “Monako”dan 17 xal irəlidədir və sonuncu bu üstünlüyü aradan qaldırmaq iqtidarında deyil.

  DİGƏR XƏBƏRLƏR