Qətər əmiri İlham Əliyevi Prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib

Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Tani Azərbaycan Prezidenti İlham Əliyevi ölkədə keçirilmiş prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, bu barədə “Report” “The Peninisula Qatar”a istinadən xəbər verir.

Eyni zamanda, Prezident İlham Əliyevi əmirin müavini Şeyx Abdulla bin Həməd əl-Tani də təbrik edib.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri aprelin 11-də keçirilib. Dövlət başçısı vəzifəsi uğrunda səkkiz namizəd mübarizə aparıb. Səsvermədə seçicilərin 86.03%  səsini toplayan Prezident İlham Əliyev qələbə qazanıb.

  DİGƏR XƏBƏRLƏR