Qobustanda həmkəndlilər arasında dava olub, 2 nəfər bıçaqlanıb

Qobustan rayonunda həmkəndlilər arasında dava olub, 2 nəfər bıçaqlanıb.

“Qafqaz Xəbər” qəzeti “Report”un Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndi ərazisində baş verib.

Belə ki, kənd sakinləri – 1992-ci il təvəllüdlü İsrafil Ayətdin oğlu Aslanov və 1991-ci il təvəllüdlü Xanoğlan Rafiq oğlu Rüstəmov arasında yaranan mübahisə hər iki şəxsin bıçaqlanması ilə nəticələnib.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

  DİGƏR XƏBƏRLƏR