Rusiya müsəlmanlarının dini lideri İlham Əliyevi təbrik edib

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyası Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü müfti şeyx Ravil Qaynutdin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri, hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizin inamlı qələbəniz prezidentliyinizin əvvəlki dönəmlərində respublikada gedən sürətli inkişafı və əldə olunan uğurları qardaş Azərbaycan xalqının yüksək qiymətləndirdiyini göstərdi.

Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasına sabit və davamlı inkişaf, iqtisadiyyat, elm və mədəniyyət sahələrində yeni-yeni nailiyyətlər, hər bir ailəyə firavanlıq və xoşbəxtlik arzu edirəm. Dualarımla arzu edirəm ki, dost ölkələrimiz və qardaş xalqlarımız arasında qarşılıqlı münasibətlər daha da möhkəmlənsin və ümumi firavanlığımız naminə yeni dəyərlərlə zənginləşsin.

İcazə verin, Sizə Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşmasına, respublikada müxtəlif dinlərin və etnosların nümayəndələri arasında etimad və qardaşlıq mühitinin inkişafına yönəlmiş bütün təşəbbüslərinizdə uğurlar, Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə istiqamətlənmiş xarici siyasət xəttinizin davamlı olmasını arzu edim.

Qoy, Uca Allah Sizə bütün işlərinizdə uğurlar, rifah və möhkəm cansağlığı nəsib etsin”.

  DİGƏR XƏBƏRLƏR