Saat 15:00-dək 3 milyon 227 min 817 nəfər səsvermədə iştirak edib

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün Prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə saat 15:00-a olan seçici fəallığı barədə məlumatları açıqlayıb.
“Report”un xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan – saat 08:00-dan saat 15:00-dək ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 3 milyon 227 min 817 nəfəri (ümumi seçicilərin 60.74%-i) səsvermədə iştirak edib.

  DİGƏR XƏBƏRLƏR