Salyanda baş verən yol qəzasında polis zabiti ölüb

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunda rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, Neftçala şəhər Bakıxanov küçəsi, ev 8 A ünvanında yaşayan, 1994-cü il təvəllüdlü Niftəliyev Rza Hicran oğlu idarə etdiyi “Priora” markalı avtomobil ilə hərəkətdə olarkən bir anda idarəetməni itirib və avtomobil yolun kənarındakı dirəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Ölən şəxs Neftçala Rayon Polis şöbəsinin əməkdaşı, polis baş leytenantıdır.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR