Türkiyədə terrorçuların hücumu nəticəsində 3 hərbçi şəhid olub

PKK terrorçularının Türkiyənin Şırnak əyalətinin Elmalı və Kuyu Tepe rayonlarındakı hərbi bazaya hücumu nəticəsində 3 hərbçi şəhid olub, 1-i yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, terrorçular hərbi hissəyə iriçaplı silahlardan atəş açıblar.

Şəhidlərin meyiti və yaralı hərbçilər Şırnak şəhərinə gətiriliblər. Yaralı hərbçi yerli dövlət xəstəxanasına yerləşdirilib.

Bölgədə genişmiqyaslı antiterror əməliyyatı keçirilir.

  DİGƏR XƏBƏRLƏR