Yerevanda aksiya iştirakçıları yenidən Ermənistan XİN-in binasını mühasirəyə alıblar

Yerevanda aksiya iştirakçıları yenidən Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binasını mühasirəyə alıblar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, nümayişçilər şəhər meriyasının binasının qarşısındakı oturaq aksiyaya son veriblər.

“Mənim addımım” təşəbbüsünün lideri, Vətəndaş Müqaviləsi Partiyasının rəhbəri Nikol Paşinyan aksiya iştirakçılarını Ermənistan XİN-in qapısının qarşısında dayanmağa, həmçinin binadakı insanları mübarizəyə qoşulmağa çağırıb.

  DİGƏR XƏBƏRLƏR