ABŞ-da hərbi helikopterdəki döyüş sursatı ilə dolu konteyner məktəbə atılıb

ABŞ-ın El Paso şəhərində (Texas ştatı) hərbi helikopterdəki döyüş sursatı ilə dolu konteyner təsadüfən məktəbin binasına atılıb.

“Report” “Fox News” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb, məktəb damına cüzi zərər dəyib.

Hələlik hadisənin nə səbəbdən – texniki nasazlıqdan, yoxsa pilotin səhvindən baş verdiyi məlum deyil.

Hərbi helikopterin havaya qalxdığı Fort Bliss hərbi bazası hadisə ilə əlaqədar üzrxahlıq edib və hərbi yüklərin çatdırılması marşrutlarının yenidən nəzərdən keçiriləcəyinə, onların mümkün qədər mülki obyektlərin üzərindən keçməyəcəyinə söz verib.

  DİGƏR XƏBƏRLƏR