Azərbaycan neftinin qiyməti 81 dolları keçib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 2,21 dollar və yaxud 2,8% artıb.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 81,03 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

  DİGƏR XƏBƏRLƏR