Dünya ŞOKDA: Dilənçi öləndən sonra milyonları ortaya çıxdı

Livanda 36 ildir köhnə avtomobildə yaşayan və eyni məhəllədə dilənən Fatma Muhammed Osman öldükdən sonra bank hesabında 5,5 milyon dolların olduğu üzə çıxıb.

Lent.az-ın haberler.com-a istinadən verdiyi xəbərə görə, 54 yaşlı dünyanın ən varlı dilənçisi  köhnə avtomobildəki “sığınacağı”nda ölü tapılıb. Bundan başqa, meyidi müayinə edən həkimlər onun ciblərindən təxminən 4 min dollarlıq Livan lirəsi aşkar edib.

Ölümündən əvvəl fiziki qüsurlu Fatmanı yemək, paltar və yanacaqla təmin edən qonşular onun “milyonçu dilənçi” olduğunu eşidincə şoka düşüblər.

  DİGƏR XƏBƏRLƏR