İraqda parlament seçkilərində iranyönlülər qalib gəlib

İraqda keçirilən parlament seçkilərində tanınmış din xadimi Müqtəda əs-Sədrin “As-Sayrun” bloku qalib gəlib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, mayın 19-da gecə saatlarında seçkilərin yekun nəticələri açıqlanıb.

Bildirilib ki, “As-Sayrun” bloku parlamentdə 54 yer qazanıb. İranyönlü “Fəth” alyansı 47 yerlə ikinci, hazırki baş nazir Heydər əl-İbadinin tərəfdarları isə 42 deputatla 3-cü olub.

Parlament seçkilərində iştirak etmədiyindən Müqtəda Əs-Sədr İraqın baş naziri ola bilməz. Bununla belə, onun blokunu təmsil edən şəxsin  hökumətə başçılq etməsi də vacib sayılmır. Odur ki, Heydər əl-İbadinin yenidən baş nazir olacağı gözlənilir.

Qeyd edək ki, seçkilər mayın 12-də keçirilib. İraq parlamenti 328 deputatdan ibarətdir. Parlamentə 3 türkmanın seçildiyi barədə də xəbər yayılmışdı. Onlar seçkilərin nətcələrinin saxtalaşdırıldığını bildirib. Keçmiş baş nazir Malik əl-Nurinin başçılıq etdiyi “Qanun dövləti” koalisiyasının 3–cü yeri tutması barədə xəbər yayılmışdı. Ötən gün onlar seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirərək təkrar seçkilərin keçirilməsini tələb ediblər.

Xəbərə görə, İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdə faliyyət göstərən, xüsusi təyinatlı “əl-Qüds” ordusunun komandanı general Qasım Süleymani İraqa səfər edib. Ehtimal edilir ki, Q.Süleymani İraqda İranyönlü koalisiyanın qurulmasına çalışacaq.

Müqtəda əs-Sədr ötən il siyasətdən getdiyini açıqlamışdı. O, ABŞ-ın İraqda mövcudluğuna qarşı çıxır. Eyni zamanda ölkəsinin İranla çox yaxınlaşmanın da əleyhinədir.

  DİGƏR XƏBƏRLƏR