“Laçın” ticarət mərkəzinin qarşısında orta yaşlı kişi bıçaqlanıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, 1986-ci il təvəllüdlü Yaqubov Ramiz Təvəkkül oğlu “Laçın” ticarət mərkəzinin qarşısında tanışı ilə söyüşə görə əlbəyaxa dava edib.

Dava zamanı o, sağrı nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

  DİGƏR XƏBƏRLƏR