“Qafqaz Xəbər Agentliyi”nin təkzibi

Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3421/2018 saylı 10 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən Qafqaz Xəbər Agentliyinin təkzibi

“Qafqaznews” az saytında dərc edilmiş: 19 may 2016-cı il tarixli – “Mikayıl İsmayılovun şin biznesindəki yaxın adamı kimdir?” başlıqlı məqalədə; 20 may 2016-cı il tarixli “Sumqayıt Baş Gömrük İdarəsində invoice saxtakarlığı-FOTOFAKT” başlıqlı məqalədə; 23 may 2016-cı il tarixli – “Həmyerlilərini Akif Çovdarova sifariş edən “Akula” Xaliq kimdir? – ARAŞDIRMA” başlıqlı məqalədə; 30 may 2016-cı il tarixli “Özünü “distribüter” adlandıran şirkət yalan danışır?” başlıqlı məqalədə; “Ukraynanın erməni əsilli daxili işlər nazirinin bacısı qızı Bakıda təmtəraqla qarşılanır – Kimin qonağıdır?” başlıqlı məqalədə Abbasov Xaliq Nərman oğlu barəsində dərc edilmiş məlumatlar həqiqətə uyğun olmadığından “Qafqaz Xəbər Agentliyi” öz üzrhaqlığını bildirir.

  DİGƏR XƏBƏRLƏR