ABŞ Dövlət Departamentinin rəsmisi bu gün Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Elis Uels bu gün Azərbaycana gələcək.

“Report” ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Elis Uels iyunun 28-də Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısnda iştirak edəcək.

Bakıya səfər çərçivəsində ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Xatırladaq ki, sabah Bakıda keçiriləcək toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-a yaxın nümayəndəsi iştirak edəcək. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.

  DİGƏR XƏBƏRLƏR