Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 7-də 78,02 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,89 dollar/barel çoxdur.

“Qafqaz Xəbər” qəzeti Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 7-də 77,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,88 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 7-də 74,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyunun 7-də 75,55 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

  DİGƏR XƏBƏRLƏR