Azərbaycanlı deputat özünü gülünc hala saldı

Bu gün Rusiyada futbol üzrə dünya çempionatına start veriləcək.

“Qafqaz Xəbər” qəzeti bildirir ki, “Report” millət vəkilləri arasında mundialla bağlı sorğu keçirib.

Ən maraqlı və qeyri-adi cavab Azər Badamovdan gəlib. O bildirib ki, Madridin “Real” klubu çempion olacaq:

“Dünya çempionatını izləyəcəyəm. Favoritim “Real”dır. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər. Bu, artıq sürpriz olar”.

  DİGƏR XƏBƏRLƏR