Bakı Baş Gömrük İdarəsinə rəis təyin edilib

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinə rəis təyin edilib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, bu Kənan Məmmədovdur.

O, bundan əvvəl DGK-nın Tovuz Gömrük İdarəsinin rəisi olub.

Xatırladaq ki, indiyə qədər Bakı Baş Gömrük İdarəsinə rəhbərlik edən İsmayıl Hüseynov DGK sədrinin I müavini təyin olunub.

  DİGƏR XƏBƏRLƏR