Cəlilabadda baş verən ağır yol qəzasında yaralananların adı məlum olub – YENİLƏNİB

Cəlilabad rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan daha bir şəxsin adı məlum olub.

“Qafqaz Xəbər” qəzeti “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu, rayonun Babalı kənd sakini, 1993-cü il təvəllüdlü Taleh Novruzovdur.

Faktla bağlı araşdırmalar davam etdirilir.


***10:33

Cəlilabad. 13 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ağır xəsarət alıb.

Xəsarət alan sürücü, 1957-ci il təvəllüdlü Bəylər Xudaşov və daha bir nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR