Dağlıq Qarabağ münaqişəsi ATƏT-in təhlükəsizlik üzrə illik konfransında müzakirə olunub

Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət ATƏT-in təhlükəsizlik problemlərinin icmalı üzrə illik konfransında müzakirə olunub.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, Vyanada ikigünlük keçirilən “ATƏT regionunda təhlükəsizliyin möhkəmləndirilməsi üçün dialoq və məsuliyyət” konfransı zamanı iştirakçılar ATƏT regionunda münaqişə və böhran vəziyyətlərini, həlli uzadılmış münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını, miqrasiya ilə bağlı məsələləri və s. müzakirə ediblər.

Həll olunmamış münaqişələr üzrə işçi sessiyasına ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Günter Baxler, eləcə də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda yaşanan böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar qatılıblar.

Konfrans iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin həlli, danışıqlar prosesinin imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.

  DİGƏR XƏBƏRLƏR