Daha bir aktrisa təcavüzə məruz qaldığını açıqladı

Bir neçə gündür ki, “Yasak elma” serialının Haliti Talat Bulutun kostyumları hazırlayan komandanın 19 yaşlı üzvünün dodağından öpməsi barədə xəbərlər Türkiyənin gündəmini zəbt edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qalmaqallı hadisəyə bir çox məşhur münasibət bildirib. Aktrisa Hande Ataizi Bulutun ona da sataşdığını deyib. “Yasak elma”nın aktrisaları da məsələyə sərt reaksiya verib. Sözü gedən iddiaları aktyor qəbul etməsə də, aktrisa Ezgi Baylar da aktyor tərəfindən tacizə məruz qaldığını deyib.

O, sosial media hesabında bildirib ki, Bulut Ezgiyə əxlaqsız videolar göndərib: “İnstaqram” hesabımda bu paylaşımı etdiyim həqiqətdir. Bu, 19 yaşında öz ayaqları üzərində durmağa çalışan gənc bir qıza yazdığım dəstək mesajı idi. Mənə göndərilən mesajlar və videolar silinməsə, daha yaxşı olardı. Bu hadisəni ictimai yerdə yaşamışam. Özümdən uzaq tutmağa çalışdım. Bəs bunu edə bilməyənlər? 19 yaşında gənc qız necə ailə quracaq, indi? Kim evlənəcək onunla?”

Qeyd edək ki, iddialarla bağlı məhkəmə işi başlayıb.

  DİGƏR XƏBƏRLƏR