DÇ-2018: Almaniya millisi növbəti mərhələyə vəsiqə qazana bilməyib

Futbol üzrə dünya çempionatının F qrupunda III tur qarşılaşmalarına yekun vurulub.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən  məlumatına görə, son turda İsveç Meksikanı 3:0 hesabı ilə məğlub edib. Almaniya isə Cənubi Koreya yığmasına 0:2 hesabı ilə uduzub.

Bu nəticədən sonra 6 xalı olan Meksika və İsveç yığmaları 1/8 finala vəsiqə qazanıb. Son dünya çempionu Almaniya və Cənubi Koreya 3 xalla mundialla vidalaşıb.

27 iyun, DÇ-2018, III tur

F qrupu

18:00. Cənubi Koreya – Almaniya – 2:0

Qollar: Kim Yun Kvon, 90+3. Son Hyunq Min, 90+6

Hakimlər: Mark Geyger (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)

Kazan, “Kazan Arena”

18:00. Meksika – İsveç – 0:3

Qollar: Lüdvid Auqustinsson, 50. Andreas Qrankvist, 62 (penalti ilə), Edson Alvares, 74 – öz qapısına.

Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Andres Kunya, Maurisio Espinoza (hər ikisi Uruqvay)

Yekaterinburq, “Yekaterinburq Arena”.

  DİGƏR XƏBƏRLƏR