DÇ-2018: Argentina millisinin heyətində dəyişiklik edilib

Futbol üzrə 2018-ci il dünya çempionatında çıxış edəcək Argentina millisinin heyətində dəyişiklik edilib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, məşq zamanı zədələndiyi üçün heyətdən kənarlaşdırılan Manuel Lansinini “River Pleyt”in yarımmüdafiəçisi Entso Peres əvəzləyib.

Qeyd edək ki, XXI dünya çempionatının oyunları 14 iyun – 15 iyulda keçiriləcək. D qrupunda yer alan Argentina millisi iyunun 16-da Moskvada İslandiya, iyunun 21-də Nijniy Novqorodda Xorvatiya, iyunun 26-da isə Sankt-Peterburqda Nigeriya ilə qarşılaşacaq.

  DİGƏR XƏBƏRLƏR