İşlədiyi AVM-nin tualetində qadınlar və uşaqların şəklini çəkdi – 3 aylıq arvadı polisə verdi – FOTO

Alış-veriş Mərkəzlərinin birində çalışan kişi gizlincə uşaq və qadınların şəkilini çılpaq çəkdiyi üçün həm işdən qovulub, həm də həyat yoldaşı tərəfindən tərk edilib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə yaşayan 21 yaşlı qadın 3 ay öncə ailə qurduğu Riçard Koperin onu aldatmasından şübhələnib. Bu səbəbdən o həyat yoldaşının telefonunu yoxlamaq qərarına gəlib və dəhşətə gəlib.
Qadın həyat yoldaşının telefonunda alış-veriş mərkəzinin ayaqyolundan istifadə edən uşaq və qadınların gizlincə çəkilmiş açıq-saçıq şəkilləri tapıb. Gördüklərinə inana bilməyən qadın həyat yoldaşı haqqında polisə məlumat verib.
Qadın ərinin telefonundan özünün hamamda və tualetdə olarkən gizlincə çəkilmiş videosunu da tapıb.
Bundan sonra qadın əri ilə olan bütün münasibətlərini bitirib və elə bir həyat yoldaşının olmadığını, onu görmək istəmədiyini deyib.
Qeyd edək ki, o bir müddət öncə xərçəng xəstəliyinə qalib gəlib. Bundan başqa çirkin əməl törədən işçi alış-veriş mərkəzindən də qovulub.

  DİGƏR XƏBƏRLƏR