Lionel Messi bu il ən çox gəlir əldə edən futbolçu olub

Argentina milli komandasının və İspaniya “Barselona”sının futbolçusu Lionel Messi ilin ən ödənişli futbolçuları reytinqinə başçılıq edib.

“Qafqaz Xəbər” qəzeti “Report”a itinadən məlumatına görə, bu barədə “Forbes” jurnalının tərtib etdiyi siyahıda bildirilir. 31 yaşlı hücumçunun ümumi gəliri 111 milyon dollar təşkil edib. O, 84 milyon dolları “Barselona”dan, digərlərini isə reklam gəlirləri sayəsində qazanıb.

Portuqaliya yığmasının və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu 108 milyon dollarla ikinci pillədə qərarlaşıb. Təcrübəli forvard ilk dəfə ən çox qazanan futbolçuların siyahısında Messidən geri qalıb.

Braziliya millisi və Fransa PSJ-sinin futbolçusu Neymar isə 90 milyon dollar gəlirlə 3-cü yerdədir.

  DİGƏR XƏBƏRLƏR