Məmur övladlarının oxuduğu məktəbdə “Son zəng” biabırçılığı – VİDEO

Bu gün məktəblərdə “Son zəng” tədbirləri keçirilir.

“Qafqaz Xəbər” qəzeti Yenicag.az-a istinadən xəbər verir ki, Xaçmazda Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə tədbir üçün seçilən mahnılar diqqət çəkib.

Belə ki, tədbirdə “Dolya vorovskaya”, “Oğrular” kimi mahnılar səsləndirilib.

Məzunlara “yeni həyata atılırsınız” deyən direktorun çıxışından sonra bu cür mahnıların səsləndirilməsi, onların hansı həyata uğurlandıqlarını sual altına alır.

Qeyd edək ki, bu təhsil ocağı əsasən məmurların övladlarının oxuduğu məktəb kimi tanınır.

Həmin videonu sizə təqdim edirik:

  DİGƏR XƏBƏRLƏR