Moldova prezidenti Azərbaycan səfirini qəbul edib

Moldova prezidenti İqor Dodon Azərbaycan səfiri Qüdsi Osmanovla görüşüb.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, tərəflər ikitərəfli əlaqələr, ticarət dövriyyəsi, həmçinin Azərbaycan hökumətinin Qaqauz muxtariyyətində həyata keçirdiyi sosial proqramlar barədə bir sıra məsələləri müzakirə ediblər.

İ.Dodon bütün səviyyələrdə ikitərəfli əlaqələrin intensivləşdirildiyini bildirib və qarşılıqlı maraq doğuran sahələrdə ölkələr arasında əməkdaşlığın davamlı inkişafını dəstəklədiyini qeyd edib.

  DİGƏR XƏBƏRLƏR