Müəllimənin son arzusu hər kəsi heyran etdi – FOTO

ABŞ-dan olan Temmi Uiddell adlı müəllimənin son arzusu sosial şəbəkə istifadəçilərini heyran edib.

Oxu.Az xarici mətbuata istinadla xəbər verir ki, son istəyi olaraq qadın yas mərasiminə gül dəstələri deyil, aztəmantlı ailələr üçün məktəb ləvazimatları ilə dolu çanta gətirilməsini xahiş edib.

Bu haqda onun qardaşı Bred Conson “Twitter” hesabında yazıb.

Conson qeyd edib ki, vida mərasiminə yüzə yaxın müəllimə məktəbli çantaları ilə gəlib.

  DİGƏR XƏBƏRLƏR