Naxçıvan Baş nazirinin birinci müavini vəzifəsinə təyinat olub

Naxçıvan baş nazirinin birinci müavini vəzifəsinə təyinat olub.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 27-də Elşad Məmmədqulu oğlu Əliyevin Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini təyin edilməsi haqqında fərman imzalayıb.

Qeyd edək ki, E.Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində çalışırdı.

  DİGƏR XƏBƏRLƏR