Prezident İlham Əliyev: “Türkiyə-Azərbaycan qardaşlığı olmasaydı, TANAP layihəsi kağız üzərində qala bilərdi”

“Bu gün TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür”.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən məlumatına görə, bunu Prezident İlham Əliyev Eskişehirin Seyidqazi rayonunda (Türkiyə) TANAP-ın I hissəsinin açılış mərasimində çıxışı zamanı deyib.

“TANAP Türkiyə-Azərbaycan qardaşlığının növbəti zəfəridir. Əgər bu qardaşlıq olmasaydı, layihə kağız üzərində qala bilərdi. Bu layihə tarixi layihədir. Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bölgəmizə istiqrar gətirir, xalqlara fayda verir”, – dövlət başçısı qeyd edib.

  DİGƏR XƏBƏRLƏR