Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başlayıb.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, Əskişəhər şəhərinin Hasan Polatkan hava limanında dövlət başçısını Türkiyənin meşə və su məsələləri naziri Veysəl Əroğlu və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan Prezidenti Anadolu Təbii Qaz Kəmərinin (TANAP) açılış mərasimində iştirak edəcək.

Mərasim Türkiyənin Əskişehir şəhərində keçiriləcək.

Açılışda Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstan Prezidenti Girogo Marqvelaşvili və bir neçə ölkənin nazirləri də iştirak edəcək.



  DİGƏR XƏBƏRLƏR