“Qəbələ”nin mövsümlərarası fasilədəki hazırlıq proqramı müəyyənləşib

“Qəbələ” komandasının mövsümlərarası fasilədəki hazırlıq proqramı müəyyənləşib.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, 2017/2018 mövsümü başa çatdıqdan sonra istirahətə buraxılan “qırmızı-qaralar” iyunun 12-də hazırlıqlara start verəcək.

Qəbələdə bir araya gələcək komanda üzvləri bir həftə ərzində məşqlərini doğma arenada gerçəkləşdirəcək. Milli komandaların düşərgəsindən qayıdan futbolçular xüsusi proqramla hazırlaşacaqlar.

“Qəbələ” iyunun 20-də Sloveniyaya yollanacaq. “Qırmızı-qaralar” iyulun 7-dək 4 yoxlama oyunu keçirəcəklər. Bu matçlardakı rəqiblər dəqiqləşməsə də, qarşılaşmalar iyunun 23-də, 28-də, iyulun 1-də və 5-də baş tutacaq.

  DİGƏR XƏBƏRLƏR