Qubada orta yaşlı kişi bıçaqlanıb

Qubada orta yaşlı kişi bıçaqlanıb.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən məlumatına görə, hadisə rayonun Pirvahid kəndində baş verib.

1978-ci il təvəllüdlü Qasımov Bəhruz Nazir oğlu tanışı ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı tanışı ona bıçaq xəsarəti yetirib. B. Qasımov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

  DİGƏR XƏBƏRLƏR