Ramazan tətili başladı: 134 ölü, 285 yaralı

İndoneziyada Ramazan tətilinin başladığı ilk gün ölkənin yollarında dəhşətli yol qəzaları pik həddə çatıb.

Lent.az-ın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, Ramazan tətilinin ilk saatlarında qəzada ölənlərin sayı 134 nəfərə çatıb. Yaralıların sayı isə 285-i ötüb.

Fəsadların aradan qaldırılması, yollarda hərəkətin bərpa edilməsi üçün İndoneziya hökuməti tərəfindən 180 min dövlət qulluqçusundan ibarət kontingentin qəza baş verən ərazilərə cəlb edildiyi bildirilir.

  DİGƏR XƏBƏRLƏR