Rusiya qırıcıları Suriyanı bombalayıb, 44 nəfər ölüb

Rusiya qırıcılarının Suriyanın İdlib bölgəsinin Zerdene kəndini bombalaması nəticəsində 44 dinc vətəndaş ölüb, onlarla insan yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Suriya İnsan Haqları Müşahidə evi yayıb.

Bildirilib ki, bölgədə həkim və dərman preparatı çatışmır.

Rusiyanın Müdafiə Nazirliyindən isə bildirilib ki, həmin bölgədə döyüş təyyarələri uçmur. Nazirliyin məlumatına görə, Rusiya qırıcıları Zerdene kəndinə havadan zərbə endirməyib. Nazirlikdən qeyd edilib ki, hadisə Nusra Cəbhəsi ilə müxalifət arasında atışma nəticəsində baş verib.

Ancaq müxalifət bu qətliamı Rusiyaya məxusu “Su-24” qırıcılarının törətdiyini bildirib. Onlar həmin döyüş təyyarələrinin Rusiyanın Suriyanın Lazkiya bölgəsindəki hərbi bazasndan havaya qalxdığını bəyan ediblər.

Qeyd edək ki, İdlib bölgəsinin Zerdene kəndini Bəşşar Əsədə müxalif qüvvələrin nəzarəti altındadır.

  DİGƏR XƏBƏRLƏR