“Yuventus” klubu türk əsilli futbolçunu transfer edib

İtaliyanın “Yuventus” klubu İngiltərə “Liverpul”unun futbolçusu Emre Canı heyətinə qatıb.

“Report” klubun rəsmi “twitter” səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi artıq Turin şəhərindədir. Türk əsilli almaniyalı oyunçunu İtaliya təmsilçisinin nümayəndələri qarşılayıb. O, tibbi müayinədən keçdikdən sonra “Yuventus”la rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Emre Can 2014-cü ildən “Liverpul”da çıxış edib. Almaniya millisinin də şərəfini qoruyan oyunçu Rusiyada keçirilən dünya çempionatında zədə səbəbindən iştirak edə bilməyib.

  DİGƏR XƏBƏRLƏR