Abşeron sakini qaynı tərəfindən bıçaqlanıb

Abşeron rayon sakini qaynı tərəfindən bıçaqlanıb.

“Report”un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, rayon sakini, 1976-cı il təvəllüdlü Müşviq Zakir oğlu  Abbasov  yaşadığı evdə qaynı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədən şəxs isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR