Bəy gəlini toy günü tərk etdi — VİDEO

Ən xoşbəxt gününü internetdə canlı yayım edərək dünyaya paylaşmaq istəyən gənc qızı bəy tək qoyaraq qaçıb.

“Ölkə.Az” xəbər verir ki, bunu öyrənən gəlin mikrofonu əlinə alaraq vəziyyəti qonaqlara izah etməyə çalışıb.

24 yaşlı Manov Jutathip Nimnual və 20 yaşlı Phakin Junjerm toy etmək qərarına gəlir. Cütlük bunun üçün iri bir bilborddan da istifadə edir. Amma toya toplaşan qonaqlar günün pis xəbərlə bitəcəyini bilmirdilər. Səhnəyə çıxan gəlin Manov bəyin qaçdığını bildirib.

Bu hadisə Manovun “Facebook” səhifəsində də yayımlanıb. Məsələ dünya mətbuatının gündəminə də düşüb. İzləyicilər Manovu dəstəkləyiblər.

  DİGƏR XƏBƏRLƏR