Bakıda heyvanı maşına bağlayıb sürüyən sürücü CƏRİMƏLƏNDİ – VİDEO

Paytaxtın Məhəmməd Xiyabani küçəsində iribuynuzlu heyvana işgəncə verən sürücünün görüntüləri yol polisi tərəfindən dərhal nəzarətə götürülüb və cəmi bir neçə saat sonra sürücü tapılaraq məsuliyyətə cəlb edilib.
“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, bu barədə Avtosfer.az-a məlumat verən Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib ki, video saytlarda və sosial şəbəkələrdə yayılandan sonra DYP rəhbərliyi bunun araşdırılmasına göstəriş verib. Aparılan araşdırmalar zamanı məlum olub ki, iyunun 9-da Xiyabani küçəsində hərəkətdə olan 10-LO-913 qeydiyyat nişanlı “Qazel” markalı avtomobilin sürücüsü, 43 yaşlı Kərimov Rüstəm Elbruz oğlu heyvanı avtomobilin arxasına bağlayaraq sürüyüb aparıb. Sürücü günün ikinci yarısında saxlanılaraq DYP-yə dəvət olunub. Əvvəlcə heyvanın maşının arxasınca sürünməsindən xəbərsiz olduğunu deyən R.Kərimov sonradan törətdiyini xətanı etiraf edib. Onun barəsində Yasamal rayon DYPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.2. – ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə tətbiq edilib.

  DİGƏR XƏBƏRLƏR