Bakının bəzi ərazilərinin qaz təchizatında məhdudiyyət yaranır

Bu gün saat 09:00-dan Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranıb.

“Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, fasilələr təmir işləri tamamlananadək davam edəcək.

Məhdudiyyət payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına əsasən, Mehmandarov küçəsində diametri 100 mm-lik siyirtmənin yenisi ilə əvəzlənməsi, Babək proskekti 5-ci Rezervua küçəsində yeni çəkilmiş diametri 159 mm-lik qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması, Mehmandarov 66 ünvanında diametri 159 mm-lik siyirtmənin və Mehmandarov 18 ünvanında 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədardır.

“Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq”,-məlumatda qeyd olunub. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

  DİGƏR XƏBƏRLƏR