BNA: Paytaxt yollarında bütün işıqforların fəaliyyəti bərpa edilib

“Gecə saatlarından həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində paytaxt yollarında bütün işıqforların fəaliyyəti bərpa edilib”.

“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, bunu “Report”a Bakı Nəqliyyat Agentlyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, yarana biləcək hər hansı texniki nasazlığın dərhal aradan qaldırılması məqsədi ilə agentliyin şəhər ərazisində texniki heyətdən ibarət mobil qrupları fəaliyyət göstərir.

Qeyd edək ki, hazırda şəhər yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir çətinlik müşahidə olunmur.

  DİGƏR XƏBƏRLƏR