Çempionlar Liqası: I təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub

Futbol üzrə Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən məlumatına görə, ikinci oyun günündə daha 8 qarşılaşma keçirilib. Bu görüşlərdə yalnız “Qarabağ” səfərdən qələbə ilə ayrılmağı bacarıb.

Azərbaycan təmsilçisinin sabiq yarımmüdafiəçisi və milli komandanın futbolçusu Riçard Almeydanın hazırkı klubu Qazaxıstan “Astana”sı Monteneqro “Sutyeska”sını evdə minimal hesabla yenib. Yeganə qolu penaltidən Roman Murtazayev vurub.

“Qarabağ”ın potensial rəqibləri də münasibətlərə aydınlıq gətirib. “Kukesi” (Albaniya) – “Valletta” (Malta) görüşündə hesab açılmayıb. Bu cütün qalibi növbəti mərhələdə “Qarabağ”a rəqib ola bilər. “Olimpiya” Bakıdan da məyus qayıtsa, Şimali İrlandiya “Kruzaders”i ilə qarşılaşacağı şübhəsizdir. Çünki britaniyalılar ilk görüşdə Bolqarıstan “Ludoqorets”inə 0:7 hesabı ilə uduzublar.

Çempionlar Liqası

I təsnifat mərhələsi

İlk oyunlar

11 iyul

18:00 “Astana” (Qazaxıstan) – “Sutyeska” (Monteneqro) – 1:0

Qol: Roman Murtazayev, 29 (penalti ilə)

20:00 “Spartak” (Yurmala, Latviya) – “Srvena Zvezda” (Serbiya) – 0:0

20:00 “Spartak (Trnava, Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina) – 1:0

Qol: Erik Yirka, 79

Qırmızı vərəqə: Frane Çiryak, 70 (“Zrinski”)

20:00 “Suduva” (Litva) – APOEL (Kipr) – 3:1

Qollar: Ricino Sisiliya, 9; 13; 19 – Vanderson de Xesus Martis, 90+4

21:00 “Kukesi” (Albaniya) – “Valletta” (Malta) – 0:0

21:00 “Ludoqorets” (Razqrad, Bolqarıstan) – “Kruzaders” (Şimali İrlandiya) – 7:0

Qollar: Marselinyo, 25; 66. Rodni Braun, 40 (öz qapısına). Klaudiu Keşerü, 53. Yakub Şverçok, 73; 78; 80

22:00 “Olimpiya” (Lyublyana, Sloveniya) – “Qarabağ” (AZƏRBAYCAN) – 0:1

Qol: Donald Gerrye, 79

Qırmızı vərəqə:

24:00. “Valür” (İslandiya) – “Rusenborq” (Norveç) – 1:0

Qol: Eydur Siqurbyörnsson, 84

İlk oyun günündə qeydə alınmış nəticələr:

19:30 “Flora” (Tallin, Estoniya) – “Hapoel” (Beer-Şeva, İsrail) – 1:4

Qollar: Rauno Sappinen, 73 (penalti ilə) – Ben Sahar, 18. Şir Tzedek, 36 (penalti ilə). Hanan Maman, 53. Hen Ezra, 85

19:30 “Torpedo” (Kutaisi, Gürcüstan) – “Şerif” (Moldova) – 2:1

Qollar: Georgi Kimadze, 24. Georgi Kuxianidze, 64 (penalti ilə) – Zigi Badibanqa, 14

20:00 “Alaşkert” (Ermənistan) – “Seltik” (Şotlandiya) – 0:3

Qollar: Odson Eduard, 45+2. Ceyms Forrest, 81. Kallum Makqreqor, 90

20:00 “Düdelanj” (Lüksemburq) – “Videoton” (Macarıstan) – 1:1

Qollar: Brayan Melisse, 58 – Sabolç Husti, 42

22:00 “Vikinqur” (Farer adaları) – HİK (Helsinki, Finlandiya) – 1:2

Qollar: Qunnar Vatnhamar, 51 – Sebastian Dalström, 9. Atli Qregersen, 29 (öz qapısına)

22:15 “Şkendiya” (Makedoniya) – TNS (Uels) – 5:0

Qollar: İzair Emini, 14. Besart İbrahimi, 38; 53; 60; 66

22:45 “Kork Siti” (İrlandiya) – “Legiya” (Varşava, Polşa) – 0:1

Qol: Mixal Kuxarçik, 79

22:45 “Drita” (Kosovo) – “Malmö” (İsveç) – 0:3

Qollar: Karlos Strandberq, 13. Arnor Traustason, 39. Markus Rozenberq, 82

Qeyd edək ki, cavab görüşləri 17-18 iyulda keçiriləcək.

  DİGƏR XƏBƏRLƏR