Çempionlar Liqası: II təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib

Futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin bütün cütlərinin tərkibi müəyyənləşib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, Çempionlar Yolunda Azərbaycan təmsilçisi “Qarabağ” Albaniya təmsilçisi “Kukesi”yə rəqib olub. İlk oyun 24-25 iyulda səfərdə, cavab görüşü 31 iyul – 1 avqustda Bakıda baş tutacaq. Hələlik dəqiq vaxt məlum deyil.

“Qarabağ”ın sabiq futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan “Astana”sı isə Danimarka “Mityulland”ına rəqib olub. İlk oyun Astanada olacaq.

Çempionlar Liqası, II təsnifat mərhələsi

Çempionlar Yolu

“Astana” (Qazaxıstan) – “Mityulland” (Danimarka)

“Ludoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan)

“Kukesi” (Albaniya) – “Qarabağ” (AZƏRBAYCAN)

ÇFR (Kluj, Rumıniya) – “Malmö” (İsveç)

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail)

“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva)

BATE (Borisov, Belarus) – HİK (Helsinki, Finlandiya)

“Şkendiya” (Makedoniya) – “Şerif” (Moldova)

“Legiya” (Varşava, Polşa) – “Spartak” (Trnava, Slovakiya)

“Seltik” (Şotlandiya) – “Rusenborq” (Norveç)

Liqa Yolu

PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə)

“Ayaks” (Hollandiya) – “Şturm” (Qrats, Avstriya)

  DİGƏR XƏBƏRLƏR