Daha bir abituriyent özünü binadan ataraq öldürdü – az bal topladığına görə – FOTO

Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.
“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü polis bölməsindən baku.ws-ə bildirilib ki, Yeni Günəşlidə binaların birindən gənc qız yıxılıb.
Onun 9-cu mərtəbədən özünü atdığı bildirilir. O, hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin 2001-ci il təvəllüdlü Şəbnəm Xalədddin qızı Rzayeva olduğu bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırmalara başlanılıb.
Hadisə şahidlərinin verdikləri məlumata görə, qız qəbul imtahanından az bal topladığına görə intihar edib.

  DİGƏR XƏBƏRLƏR