DİM kolleclərin ixtisas seçiminə hansı abituriyentlərin buraxıldığına aydınlıq gətirib

On bir illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 30-dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər buraxılırlar.

Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Mərkəzdən bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən (fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur) az olmayan abituriyentlər buraxılırlar. İxtisas seçimi avqustun 16-dan 20-dək aparılacaq.

9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 40-dan, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. İxtisas seçimi iyulun 25-dən avqustun 6-dək aparılacaq.

  DİGƏR XƏBƏRLƏR