Fransada dünya çempionluğunu qeyd edərkən 2 nəfər ölüb

Fransada milli komandanın futbol üzrə dünya çempionatındakı qələbəsini qeyd etdiyi vaxt 2 nəfər ölüb, ağır yaralılar var.

“Report”un “Le Monde” nəşrinə istinadən verdiyi məlumata görə, Ansi şəhərində 42 yaşlı kişi sevincdən özünü suyun səviyyəsi aşağı olan kanala atıb. Nəticədə başı yerə dəyən fanat dünyasını dəyişib.

Ölümlə nəticələnən digər insident Sen-Feliksdə baş verib. Həmin şəhərdə kişi maşınını divara çırpıb.

Bundan başqa, Sen-Jeuarda bir qadın dostları ilə traktorla dolaşdığı vaxt yerə yıxılıb. O, nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Hazırda xanım fanatın vəziyyəti kritikdir.

Fruarda isə 3 – 6 yaşlı 3 uşaq motosiklet zərbəsindən sonra ciddi zərbə alıb.

Qeyd edək ki, Fransa yığması Rusiyadakı mundialın finalında Xorvatiyaya 4:2 hesabı ilə qalib gələrək, ikiqat dünya çempionu olub.

  DİGƏR XƏBƏRLƏR