Kürdəmir sakini mübahisə zəminində bıçaqlanıb

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, rayonun 1965-ci il təvəllüdlü Qağacılı kənd sakini Hacıkişiyev Çoban Ağakişi oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR