Mağarada qalmış 12 uşaqdan 4-ü xilas edilib

Tailandda mağarada qalmış 12 uşaq futbolçu və məşqçidən ibarət qrupun xilas edilməsi əməliyyatı davam etdirilir.

Modern.azxarici KİV-lərə istinadən xəbər verir ki, bazar günü mağaradakı uşaqlardan 4-ü xilas edilərək yerin altından çıxarılıb.

Su basmış mağaradan uşaqların çıxarılması təcrübəli dalğıcların iştirakı ilə həyata keçirilir.

Xatırladaq ki, bir neçə gün öncə güclü leysan səbəbindən mağarada gizlənən 11-16 yaş qrupundan olan futbolçular və məşqçi çətin vəziyyətə düşüblər. Onlar mağaranın girəcəyindən 4 km məsafəyədək uzaqlaşandan sonra uçqun nəticəsində mağaranın girişi bağlanıb, digər çıxacaqları isə su basıb.

Uşaqlardan çoxu üzmə bilmədiyindən su ilə dolu mağaradan onların çıxarılması çətinləşib. Bundan başqa, artıq Taylandda yağış mövsümü başladığından mağaranın su ilə dolması təhlükəsi də artır.

  DİGƏR XƏBƏRLƏR